Yaponiya Baş Naziri Takaiçi Kim Çen İnlə şəxsi görüşlərə hazır olduğunu açıqladı- ÖZƏL
13:31 DünyaYaponiya Baş Naziri Sanae Takaiçi Şimali Koreya lideri Kim Çen İn ilə şəxsi danışıqlara hazır olduğunu bəyan edib. Olaylar.az xəbər verir ki, bu barədə o, 1970-ci illərdə Şimali Koreya kəşfiyyatı tərəfindən qaçırılmış yapon vətəndaşların ailə üzvləri ilə görüşündə bildirib.
"Qaçırılmış vətəndaşlarla bağlı problemi həll etmək mənim missiyamdır," - deyə Takaiçi Yaponiyanın ictimai televiziya kanalına açıqlamasında bildirib. Baş nazir əlavə edib ki, "Kim Çen İn ilə şəxsi görüşə hazıram ki, birlikdə Yaponiya və Şimali Koreya üçün sülh və rifah dolu bir gələcək qura bilək".
Takaiçi həmçinin vurğulayıb ki, bu məsələ üzrə konkret nəticələr əldə etmək üçün mövcud bütün vasitələrdən istifadə edəcək. Qeyd edək ki, Baş nazir şəxsi görüşə hazır olduğunu ilin sonunda seçildikdən dərhal sonra da bəyan etmiş və Pyanqvana Yaponiyanın mövqeyi barədə dərhal məlumat verildiyini bildirmişdi.