Netanyahu İranla danışıqlara hazırdır – 3 şərti var
12:55 Dünya"İranla razılaşmaya yalnız üç şərt yerinə yetiriləcəyi halda gedə bilərik". Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, Tehran uranı tamamilə ölkədən çıxarmalı və zənginləşdirilməsi obyektlərini sökməlidir:
"Bundan əlavə, İran raketlərinin uçuş məsafəsi 300 kilometrə qədər məhdudlaşdırılmalıdır ki, onlar İsrail ərazisinə çata bilməsin. Üçüncü tələb isə "terror oxu" adlandırılan strukturun ləğv edilməsidir. Burada İranın dəstəklədiyi silahlı qruplaşmalar nəzərdə tutulur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31