NABU: Ukraynanın sabiq energetika naziri 112 milyon dolların yuyulmasında ittiham olunur- ÖZƏL 

Ukraynanın Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) sabiq energetika naziri Herman Qaluşçenkonun 112 milyon dollar vəsaitin mənimsənilməsi və yuyulması sxemində iştirak etdiyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, Qaluşçenko nazir vəzifəsində çalışdığı dövrdə (2021-2025-ci illər) energetika sektorunda fəaliyyət göstərən cinayətkar qruplaşmaya yardım edib. İstintaq iddia edir ki, nazirə yaxın şəxs - "Roket" ləqəbli keçmiş müşavir İqor Mironyuk vasitəsilə qanunsuz fəaliyyət nəticəsində əldə olunan 112 milyon dollardan artıq nağd vəsait dövriyyədən çıxarılıb və sonradan yuyulub.
NABU-nun məlumatında qeyd olunur ki, vəsait dövlətə məxsus Enerqoatom şirkətindən çıxarılıb. Qurum bu işi "Midas" əməliyyatı çərçivəsində araşdırır və şübhəli şəxslərin dairəsinin genişləndirildiyini bildirir.
Məlumata əsasən, əvvəllər iş üzrə şahid qismində keçən sabiq nazir artıq cinayətkar birlikdə iştirak və xüsusilə külli miqdarda gəlirlərin leqallaşdırılması ittihamı ilə ifşa olunub. Bildirilir ki, Qaluşçenko fevralın 15-nə keçən gecə ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31