Sadır Japarov: “Qırğızıstanın şimal-cənub bölgüsünə heç vaxt yol verməyəcəyəm”- ÖZƏL
10:37 DünyaQırğızıstan prezidenti Sadır Japarov ölkənin şimal və cənub prinsipi üzrə bölünməsinə imkan verməyəcəyini bəyan edib. Olaylar.az xəbər verir ki, bu barədə o, dövlət informasiya agentliyi Kabar-a müsahibəsində danışıb.
Dövlət başçısı vurğulayıb ki, bəzi siyasətçilər şəxsi maraqları naminə regionlararası bölgü mövzusundan istifadə edirlər:
"Şimal və cənub bölgüsünə heç vaxt yol verməyəcəyəm. Siyasətçilər lazım olanda bu cür bölgüdən öz maraqları üçün istifadə edirlər", - deyə Japarov bildirib.
Prezident qeyd edib ki, ölkədə ənənəvi olaraq şimal və cənub bölgələrindən olan siyasi qüvvələr arasında rəqabət mövcuddur. Onun sözlərinə görə, müstəqillik əldə edildikdən sonra siyasətçilər tez-tez ölkəni bu prinsip üzrə bölməyə çalışıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31