Bu məhdudiyyət yayda qüvvəyə minəcək- ÖZƏL

Böyük Britaniya hökuməti 2026-cı ildən etibarən 16 yaşdan kiçik yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə qadağa tətbiq edə bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə The Times qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Baş nazir Keir Starmer tərəfindən elan edilən yeni səlahiyyətlər çərçivəsində uşaqların sosial şəbəkələrə çıxışı artıq bu il məhdudlaşdırıla bilər. Mənbənin bildirdiyinə görə, məhdudiyyətlər ictimai müzakirələr başa çatdıqdan sonra yay aylarında qüvvəyə minə bilər.

Planlaşdırılan tədbirlər yalnız sosial şəbəkələri deyil, həm də çat-botlara çıxışı əhatə edəcək. Nazirlər Kabineti, eyni zamanda, sonsuz lent (endless scroll) funksiyası olan platformalarda azyaşlıların keçirdiyi vaxta məhdudiyyət qoyulmasını da nəzərdə tutur.

Qeyd olunur ki, hökumət "Onlayn Təhlükəsizlik Qanunu"na düzəlişlər etmək üçün təcili işə başlayacaq. Bundan başqa, süni intellekt çat-botları təqdim edən bütün şirkətlərin də qanunvericilik çərçivəsində qanunsuz məzmunla mübarizə tələblərinə əməl etməsi üçün hüquqi boşluqların aradan qaldırılması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31