Taliban İran-ABŞ gərginliyində tərəfini seçdi: Diplomatik həllə çağırış – ÖZƏL

Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı, ABŞ-nin İrana hərbi zərbə endirəcəyi təqdirdə rəsmi Tehrana yardım və dəstək göstərməyə hazır olduğunu bəyan edib. Lakin hərəkat ABŞ-yə qarşı birbaşa müharibədə iştirak etmək niyyətində deyil.

Olaylar.az xəbər verir ki, bu barədə The Jerusalem Post qəzeti "Taliban"ın sözçüsü Zabihullah Mücahidin radiodakı çıxışına istinadən məlumat yayıb.

Mücahidin sözlərinə görə, Əfqanıstan xalqı İrana qarşı "rəğbət nümayiş etdirəcək" və müraciət olunduğu təqdirdə əməkdaşlıq edəcək. Bununla belə, o vurğulayıb ki, bu addımlar avtomatik olaraq "Taliban"ın ABŞ-yə qarşı genişmiqyaslı cavab müharibəsinə qoşulması demək deyil.

Nəşr qeyd edir ki, "Taliban"ın əsas mesajı münaqişənin qarşısını almaqdır. Hərəkat rəsmiləri diplomatik addımları və İranın nüvə proqramı üzrə danışıqların davam etdirilməsini üstün tuturlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31