Narek Karapetyan: “Güclü Ermənistan quracağıq” – ÖZƏL
17:23 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanda "Öz yolumuzla" hərəkatının koordinatoru Narek Karapetyan sosial şəbəkə hesabında paylaşım edərək "Güclü Ermənistan" Partiyasının sədri Samvel Karapetyana dəstəyini ifadə edib.
O bildirib ki, əvvəllər Samvel Karapetyanın beş gün belə davam gətirməyəcəyi və razılaşmaya gedəcəyi iddia olunurdu, lakin o, yeddi ay ən sərt şərtlər altında həbsdə qalıb. Karapetyanın sözlərinə görə, hərəkatın perspektivsiz olduğu da deyilirdi, amma hazırda ona 30 mindən çox insan qoşulub və bu say hər gün artır.
Koordinator əlavə edib ki, seçkilərdə "kiçik qruplaşma və onun inzibati resurslarına" qarşı şanslarının olmadığı bildirilirdi. Onun iddiasına görə, aparılan sorğuların nəticələri Samvel Karapetyanın qələbə şansının yüksək olduğunu göstərir.
Narek Karapetyan həmçinin qeyd edib ki, əvvəllər Samvel Karapetyanın baş nazir postuna namizəd ola bilməyəcəyi deyilsə də, bunun mümkün olduğu üzə çıxıb.
"Biz qalib gələcəyik və güclü Ermənistan quracağıq. Ölkəmizi daha yaxşıya doğru dəyişmək üçün hər birimizin iştirakı lazımdır", - deyə o vurğulayıb.