Çindən Azərbaycana bağlama göndərişləri gecikə bilər - SƏBƏB
13 Fevral 16:14 DünyaÇindən bağlamaların Azərbaycana göndərişində müvəqqəti fasilələr və gecikmələr yarana bilər.
Milli.Az verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.
Bildirilir ki, Çində bayram günləri ilə əlaqədar olaraq 15 fevral - 23 fevral 2026-cı il tarixləri rəsmi qeyri-iş günləridir. Qeyd olunan dövrdə Çin ərazisində fəaliyyət göstərən anbarların əksəriyyətinin iş rejimində məhdudiyyətlər tətbiq olunur. Göndəriş proseslərinin bayramdan sonra mərhələli şəkildə bərpa olunacağı gözlənilir.
Agentlik istifadəçilərə sifarişlərini planlaşdırarkən bu məqamları nəzərə almağı tövsiyə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31