Şoyqudan Ermənistana xəbərdarlıq: "Borcu gələcək nəsillər ödəyəcək" – ÖZƏL
13:34 DünyaRusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistanda ABŞ-nin dəstəyi ilə tikilməsi planlaşdırılan kiçik modullu nüvə reaktorları layihəsinə münasibət bildirib.
Olaylar.az xəbər verir ki, o, "RİA Novosti"yə verdiyi müsahibədə bu layihənin Ermənistan iqtisadiyyatı üçün ağır maliyyə yükü yaradacağını vurğulayıb.
Şoyqunun sözlərinə görə, layihənin dəyəri ölkənin illik ÜDM-nin üçdə birindən çoxdur. O, bu prosesin iqtisadiyyata investisiya deyil, sadəcə bir "alış-satış əməliyyatı" olduğunu qeyd edib.
Rusiya rəsmisi layihənin böyük ehtimalla kredit hesabına maliyyələşəcəyini və bu borcun təkcə indiki deyil, həm də gələcək nəsillər tərəfindən ödəniləcəyini iddia edib.
Bu bəyanat ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ermənistana səfərindən sonra səslənib. Vens qeyd etmişdi ki, nüvə enerjisi sahəsində əməkdaşlıq çərçivəsində ABŞ Ermənistanı kiçik modullu reaktorlarla təmin edəcək.