Rusiya KTMT-nin hərbi potensialını gücləndirir – ÖZƏL

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi çərçivəsində üzv ölkələrin geosiyasi gərginlik şəraitində konsolidasiyasını əsas hədəf seçib. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin təşkilata üzv dövlətlərin parlament komitələri sədrlərinin 5-ci iclasında bəyanat verib.

Nazir müavini qeyd edib ki, rəsmi Moskva təşkilatın hərbi komponentinin inkişafına xüsusi önəm verir. Planın əsas prioritetləri: Kollektiv qüvvələrin operativ hazırlığının yüksəldilməsi; Qoşunların ən yeni və bir-birinə uyğun gələn silah və texnika ilə təchiz edilməsi; Təşkilatın hava komponentinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsidir.

"Biz təşkilatın güc komponentinin inkişafına mühüm əhəmiyyət veririk. Kollektiv qüvvələrin döyüş potensialının artırılması və onların müasir texnika ilə təmin olunması əsas hədəfimizdir", - deyə Pankin vurğulayıb.

Beynəlxalq münasibətlər, müdafiə və təhlükəsizlik məsələlərinə həsr olunmuş bu görüş, regiondakı yeni hərbi-siyasi reallıqlar fonunda KTMT-nin vahid güc mərkəzi kimi mövqeyini möhkəmləndirmək məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31