Merts Makrondan qisas alır: Avropada "aktiv" gərginliyi – ÖZƏL

Almaniya kansleri Fridrix Merts dondurulmuş Rusiya aktivlərinin Ukraynaya ötürülməsi planının uğursuzluğa düçar olmasına görə Fransa Prezidenti Emmanuel Makrondan qisas ala bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə İtaliyanın "La Repubblica" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Berlin liderinin qisas almaq istəyi fonunda İtaliya-Almaniya əməkdaşlığı yeni müstəviyə keçib. Hazırda Cənubi Avropa ölkələri bu yaxınlaşmanın daha böyük nəticələrə səbəb olacağından narahatdırlar.

Merts Makron və Avropa İttifaqı Şurasının sədri Antoniu Koştanı ona qarşı "tələ" qurmaqda günahlandırır. Söhbət Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq kredit yükündən gedir.

Almaniya kansleri hazırda yeni avrobondların (ortaq Avropa borc öhdəlikləri) buraxılışını dayandırmağa və müdafiə sistemini milli ordular üzərində qurmağa çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31