Finlandiyada rekord sayda şirkət müflis olub

Finlandiyada yanvar ayında son onilliklər üzrə rekord sayda şirkət müflis olub.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Statistika İdarəsi məlumat yayıb.

Qurumun saytında bildirilir ki, 2026-cı ilin yanvar ayında 385 müflisləşmə işi başlanıb.

Qeyd olunur ki, oxşar göstərici sonuncu dəfə 1997-ci ilin oktyabrında qeydə alınıb.

2025-ci ilin yekunlarına görə, Finlandiyada 3,9 mindən çox şirkət müflis olub ki, bu da 1996-cı ildən bəri ən yüksək göstəricidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31