Almaniya Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırdı
20:07 DünyaAlmaniyanın xarici işlər naziri Yohann Vadeful Mərkəzi Asiya ölkələrini Rusiyaya qarşı tətbiq olunan sanksiyaları daha da gücləndirməyə çağırıb və bütün tərəfdaşları Moskvanın Ukraynaya qarşı apardığı müharibəni dayandırmaq səylərinə dəstək verməyə təşviq edib.
Olaylar.az xəbər verir ki, nazir Yohann bildirib ki, Avropa İttifaqı Rusiyanın hərbi əməliyyatlarına cavab olaraq genişmiqyaslı sanksiyalar tətbiq edib və bu sanksiyalara dəstək vermək Avropa İttifaqının təhlükəsizlik maraqlarının qorunması baxımından vacibdir.
Vadeful Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinə Rusiyaya qarşı təzyiqlərini artırmaq və Avropa İttifaqı ilə sıx əməkdaşlıq etməyi tövsiyə etdiyini vurğulayıb. Nazir həmçinin bildirib ki, Rusiyaya təzyiqin davam etdirilməsi və Ukraynaya dəstəyin artırılması zəruridir, çünki hazırda Moskva sülhə nail olmaq üçün ciddi addımlar atmır.
Ukraynada mümkün prezident seçkiləri ilə bağlı suala cavab verən Vadeful qeyd edib ki, danışıqların vaxtı və forması Ukraynanın və Prezident Volodimir Zelenskinin suveren qərarına bağlıdır və bu barədə şərh vermək istəmir. Qeyd olunur ki, "Financial Times" qəzeti Zelenskinin fevralın 24-də prezident seçkiləri və referendum planlarını açıqlaya biləcəyini yazıb.