Lavrovdan yeni dünya nizamı açıqlaması – Qarşıdurma başlayır

Beynəlxalq sistem sürətli və dərin dəyişikliklər dövrünə qədəm qoyub.Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət deyib. Onun sözlərinə görə, ilin əvvəlində baş verən bir sıra hadisələr bu qiymətləndirməni təsdiqləyir.

"Bu ilin əvvəlində yaşanan dramatik hadisələr, o cümlədən ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi, Kubaya artan təzyiqi, İrandakı vəziyyəti pozmaq cəhdləri və Qrenlandiya ətrafında yaranan böhran - bütün bunlar dünyanın sürətli və çox dərin dəyişikliklər mərhələsinə daxil olduğunu göstərir", - deyə Lavrov qeyd edib.

Nazirin bildirdiyinə görə, qlobal inkişafın yeni mərhələsi uzunmüddətli xarakter daşıya və onilliklər davam edə bilər. Lavrov vurğulayıb ki, dəyişikliklərin əsas istiqaməti daha ədalətli və dayanıqlı çoxqütblü beynəlxalq sistemin formalaşması ilə bağlıdır.

Eyni zamanda, o qeyd edib ki, bu proses kəskin geosiyasi qarşıdurma fonunda gedir. Lavrovun sözlərinə görə, bir tərəfdə Qərbin ənənəvi liderləri, digər tərəfdə isə dünya əhalisinin böyük hissəsini təmsil edən yeni inkişaf mərkəzləri dayanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31