Kim Çen İnin varisi o olacaq – Kəşfiyyat açıqladı

Koreya Xalq Demokratik respublikasının rəhbəri Kim Çen İnin qızı Kim Cu-e ölkənin potensial varisi ola bilər. Globalinfo.az xəbər verir ki, bunu Cənubi Koreyanın millət vəkili Li Son Qvon açıqlayıb. Onun sözlərinə görə, Cənubi Koreya Mərkəzi Kəşfiyyat İdarəsi Kim Çen İnin qızını gələcək hakimiyyətə hazırladığını hesab edir: "Kim Cu-e Ordu Günü ilə bağlı mərasimlər və Kumsusan Günəş Sarayına səfərlər kimi tədbirlərdə görkəmli iştirakını davam etdirir, eyni zamanda onun konkret siyasi qərarlarla bağlı müzakirələrdə iştirak etdiyinə dair məlumatlar var". 

Deputat Kim Cu-enin siyasi tədbirlərə aktiv qatılmasının məqsədinin məhz varis kimi hazırlanması olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31