İsrail Sülh Şurasına qoşuldu

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə Vaşinqtonda görüş zamanı ölkəsinin Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi sənədi imzalayıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail hökuməti məlumat yayıb.

Bildirilib ki, "Blair House"da keçirilən görüşdə tərəflər ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər. Görüşdən sonra Netanyahu İsrail adından "Sülh Şurası"na üzvlük sənədinə imza atıb.

Qeyd edək ki, yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilatın yaradılması barədə qərar verdiyini elan edib və Azərbaycan Respublikasını bu təşkilatın təsisçi dövləti olmağa dəvət edib.

Xatırladaq ki, yanvarın 22-də Davosda "Sülh Şurasının Nizamnaməsi"nin (Board of Peace Charter) imzalanması mərasimi keçirilib. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər dövlət və hökumət başçıları "Sülh Şurasının Nizamnaməsi" sənədini imzalayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31