Rusiyadan Ermənistana taxıl daşınmasına dair açıqlama
20:34 DünyaAzərbaycan üzərindən Ermənistana taxıl daşınması müntəzəm xarakter alıb.
Musavat.com-un məlumatına görə, Rusiya Dəmir Yolları sədrinin birinci müavini Sergey Pavlov bunu qurumun idarə heyətinin iclasında bildirib.
S.Pavlov qeyd edib ki, Azərbaycan ərazisindən Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması nəticəsində, uzun illərdən sonra ilk taxıl qatarı bu marşrutla 2025-ci ilin noyabrında Rusiyadan Ermənistana çatdırılıb. "Çatdırılmalar artıq adi hala çevrilib. Biz bu marşrut üzrə daşımaları daha da inkişaf etdirməyi planlaşdırırıq", - deyə o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31