Paşinyan Rusiyadan çəkinir: ehtiyatlı AES açıqlaması

Rusiyadan ABŞ-Ermənistan anlaşmalarına, xüsusən də İrəvanın AES-lə bağlı Vaşinqtonla işbirliyi əldə etməsinə verilən sərt reaksiya Ermənistan rəhbərliyini narahat edib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, baş nazir Nikol Paşinyan operativ şəkildə Rusiyanı sakitləşdirməyə hesablanmış açıqlama ilə çıxış edib. Paşinyan deyib ki, Ermənistanın mövcud atom elektrik stansiyasının istismar müddəti 2046-cı ilə qədər uzadıla bilər.

Xatırladılır ki, 2023-cü ildə Rusiyanın "Rosatom Xidməti" və Ermənistan Atom Elektrik Stansiyası Atom Elektrik Stansiyasının istismar müddətinin 2036-cı ilə qədər uzadılmasına dair saziş imzalayıb. Stansiyanın istismar müddətini daha da uzatmaq üzrə işlər artıq davam etdirilir.
Beləliklə, ilk dəfə olaraq Ermənistanın baş naziri stansiyanın maksimum işləmə müddətini rəsmən elan edib.

N.Paşinyan maksimum çalışır ki, seçkiöncəsi Kremllə konfrantasiyaya getməsin. Bu səbəbdən onun Moskvadan Ermənistanla ABŞ arasında əldə olunan anlaşmalarla bağlı əsəbi reaksiyaya münasibət bildirdiyi şübhə doğurmur. Bundan əvvəl Paşinyan Ermənistandakı anti-İran aksiyalarından qəzəblənən rəsmi Tehranın sərt mövqeyi qarşısında "dostluq" bəyanatı səsləndirərək, aranı sakitləşdirməyə çalışmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31