Vance: ABŞ Rusiya ilə yenilənmiş START müqaviləsi üzrə danışıqları davam etdirir - ÖZƏL

ABŞ-ın vitse-prezidenti J.D. Vance bildirib ki, ABŞ administrasiyası Strateji Silahların Azaldılması Müqaviləsinin (START) yenilənmiş versiyasını bağlamaq üçün Rusiya ilə danışıqlar aparır.

Olaylar onun sözlərini sitat gətirib: "Bunlar davam edən danışıqlardır. Aydındır ki, prezidentin xarici siyasətinin əsas xüsusiyyətlərindən biri onun nüvə silahlarının yayılmasının rədd edilməsidir".

Bundan əvvəl hərbi analitik və keçmiş kəşfiyyat zabiti Skott Ritter ABŞ-ın Yeni START-ın uzadılmasında gecikməsini böyük bir səhv adlandırmışdı, çünki  Vaşinqton yaxın illərdə müasir silah texnologiyasında Moskva ilə bərabərliyə nail ola  bilməyəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Yeni START Müqaviləsinin müddətinin bitməsi  Rusiyanın əsas müttəfiqlərinin ordu, donanma və aerokosmik qüvvələr olduğunu bir daha sübut edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31