ABŞ-la danışıqlarda ümidverici nəticələr var – Laricani

"Omana səfər çox məhsuldar və ümidverici oldu. ABŞ-la danışıqlar nisbətən yaxşı keçib və qarşı tərəfin bu danışıqları həll yoluna doğru yönəltmək istədiyi hiss olunur".

Globalinfo.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani "Al-Alam" telekanalına müsahibəsində deyib.

O bildirib ki, amerikalılar nüvə müzakirələrinin konkret həll yolu ilə nəticələnməsini istəyirlər:

"Hələ ki tam nəticə çıxarmaq olmaz, çünki cəmi bir görüş olub. Danışıqların davamını izləyəcəyik. Danışıqların növbəti mərhələsinin tarixi hazırda müzakirə olunur və yaxın vaxtlarda elan ediləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31