Avropa İttifaqından Paşinyana gözlənilməz dəstək: Ermənistanda mühüm sammit hazırlığı

Qərb mediası Ermənistanda siyasi gedişatı dəyişə biləcək şok məlumat yayıb. Verilən xəbərlərə görə, may ayında Ermənistanda ilk dəfə olmaqla Aİ-Ermənistan sammiti keçirilə bilər.

Musavat.com xəbər verir ki, bu mötəbər tədbirin keçiriləcəyi barədə rəsmi elanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.

BBC-nin iki anonim mənbəsinə istinadən yaydığı məlumatda qeyd olunur ki, bu addım təsadüfi xarakter daşımır. Mənbələr bu sammitin təşkilini Avropa liderlərinin növbəti seçkilər ərəfəsində baş nazir Nikol Paşinyana açıq şəkildə dəstək nümayiş etdirmək niyyəti ilə əlaqələndirirlər.

Analitiklər hesab edir ki, rəsmi İrəvanın Qərbə tərəf kəskin dönüş etdiyi bir vaxtda belə bir sammitin keçirilməsi bölgədəki geosiyasi balansa ciddi təsir göstərə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31