Trampdan Tehrana çağırış: "Razılığa gəlməmək axmaqlıq olardı" – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Fox Business Network kanalına verdiyi müsahibədə İranla münasibətlər və mümkün nüvə sazişi barədə kəskin mesajlar verib. Trampın sözlərinə görə, Tehranın rəsmi Vaşinqtonla sövdələşməyə getməməsi böyük bir səhv olar.

Prezident vurğulayıb ki, İranla bağlanacaq hər hansı yeni saziş olduqca "yaxşı" və genişmiqyaslı olmalıdır. O, ABŞ-nin dəyişməz tələblərini belə sıralayıb: Nüvə silahına tam qadağa; Raket proqramının dayandırılması; İranın bölgədəki digər destruktiv fəaliyyətlərinə son qoyulması.

Ötən ilin iyununda İsrail-İran qarşıdurması zamanı İranın nüvə obyektlərinə zərbə endirilməsi əmrini xatırladan Tramp deyib: "Ötən dəfə biz onların nüvə energetikasını sıradan çıxardıq. Bu dəfə daha artığını edib-etməyəcəyimizi zaman göstərəcək."

Tehranın indiki rejimi ilə sazişin mümkünlüyünə gəlincə, Tramp müəyyən şübhələrin olduğunu gizlətməyib. O, bir çox insanın İranın illərdir davam edən "qeyri-səmimi" davranışlarından narahat olduğunu, lakin yenə də hər iki tərəf üçün faydalı bir sövdələşməyə üstünlük verdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31