Rusiya ilə müharibəyə hazırlaşırıq: ərazi məsələsi var – General ELAN ETDİ
11 Fevral 11:48 Dünya"Norveç öz ərazisinin bir hissəsinin Rusiya tərəfindən ələ keçirilməsi ssenarisini istisna etmir. Bu, Moskvanın Uzaq Şimaldakı nüvə aktivlərini qorumaq məqsədi daşıya bilər".
Globalinfo.az xəbər verir ki, bunu Norveç Silahlı Qüvvələrinin baş komandanı, general Eyrik Kristoffersen deyib.
"Biz Rusiyanın öz nüvə potensialını qorumaq planının bir hissəsi kimi ərazi işğalını istisna etmirik. Bu, onların əlində qalan və həqiqətən də ABŞ-a təhlükə yaradan yeganə amildir", - Kristoffersen vurğulayıb.
General qeyd edib ki, Rusiyanın nüvə arsenalının əhəmiyyətli hissəsi Norveç sərhədinə yaxın yerləşən Kola yarımadasında cəmləşib. Söhbət xüsusilə nüvə sualtı qayıqlarından, raket komplekslərindən və nüvə silahı daşımaq qabiliyyətinə malik təyyarələrdən gedir.
Kristoffersen bildirib ki, məhz bu qüvvələr Rusiyanın NATO ilə mümkün münaqişə halında həlledici rol oynayacaq.