İran nüvə silahından imtina edən yeni razılaşma təklifi hazırlayır – ÖZƏL
11 Fevral 10:18 Dünyaİran nüvə silahı istehsal etmədən atom enerjisindən dinc məqsədlərlə istifadə hüququnu təmin edəcək yeni razılaşma təklifi üzərində çalışır.
Olaylar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi RT telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, o, komandaya elə bir real və icraolunan plan hazırlamaq tapşırığı verib ki, bu plan İranın nüvə silahına malik olmayacağına zəmanət versin və eyni zamanda ölkənin elektrik enerjisi istehsalı, dərman hazırlanması və kənd təsərrüfatı sahələrində nüvə texnologiyasından dinc məqsədlərlə istifadə hüququnu qorusun.
Əraqçi vurğulayıb ki, 2025-ci ildə danışıqlar fonunda ABŞ-nin İrana endirdiyi zərbələrdən sonra Tehran Vaşinqtona hələ də tam etibar etmir və belə halların təkrar olunmayacağına əmin olmaq istəyir.