Kallas Avropaya Ukrayna ilə bağlı Rusiyaya qarşı tələblərin siyahısını tərtib etməyi təklif etdi - ÖZƏL

Avropa Birliyinin diplomatiya rəhbəri Kaja Kallas Ukraynadakı münaqişənin həlli çərçivəsində Avropanın Rusiyadan tələb edəcəyi güzəştlərin siyahısını təklif edəcəyini bildirib.

Olaylar.az xəbər verir ki, bu barədə Reuters yazır.

Kallas bildirib ki, "Ruslar və amerikalılar da daxil olmaqla, danışıqlar masasında olan hər kəs avropalıların razılığa gəlməli olduğunu başa düşməlidir".

Onun sözlərinə görə, Avropanın da bunun üçün öz şərtləri var.

Kallas əlavə edib ki, "Və biz bu şərtləri... ruslarla bağlı irəli sürməliyik".

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto Aİ liderlərinin Ukraynada sülhə mane olmaq cəhdlərindən danışıb.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31