Makrondan sərt ittiham: “Tramp Avropa İttifaqını parçalamaq istəyir” – ÖZƏL
17:43 DünyaFransa Prezidenti Emmanuel Makron ABŞ-nin yeni administrasiyasının kursunu kəskin tənqid edərək, Vaşinqtonun siyasətini "açıq şəkildə anti-Avropa" yönümlü adlandırıb.
Olaylar.az xəbər verir ki, "Financial Times" və digər aparıcı Avropa mediasına müsahibə verən Makron bildirib ki, Donald Tramp rəhbərliyi Avropa İttifaqına qarşı qərəzli mövqe nümayiş etdirir.
Makronun sözlərinə görə, Avropa hazırda Aİ-yə "nifrət edən" və onun "parçalanmasını arzulayan" bir administrasiya ilə üz-üzədir. Fransa lideri vurğulayıb ki, ABŞ-nin könlünü almağa çalışmaq və ya onlarla birtərəfli razılığa gəlmək strategiyası artıq işə yaramır.
Makron hesab edir ki, Avropa bu təhdidlər qarşısında öz maraqlarını daha qətiyyətlə qorumalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31