Ermənistanla Rusiyanı birləşdirən yol bağlandı
10 Fevral 11:43 DünyaGürcüstandan Rusiyaya "Yuxarı Lars" vasitəsilə gedən yol bütün nəqliyyat vasitələri üçün bağlanıb.
Milli.Az xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.
"Mtsxeta-Stepantsminda-Lars beynəlxalq əhəmiyyətli avtomobil yolunun Qudauri-Kobi hissəsində qar uçqunu təhlükəsi ilə əlaqədar bütün nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib", - məlumatda deyilir.
Xatırladaq ki, MAPP "Yuxarı Lars" vasitəsilə yol hazırda Ermənistanı Rusiya ilə (Gürcüstan üzərindən) birləşdirən yeganə quru marşrutudur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31