Gürcüstan və Macarıstan: "Suverenlik Brüsseldən idarə olunmamalıdır" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın Xarici İşlər naziri Maka Boçorişvili Macarıstana rəsmi səfəri çərçivəsində həmkarı Peter Siyarto ilə görüşüb. 

Nazir Avropadakı müharibənin dağıdıcı fəsadlarını vurğulayaraq, regionda sabitliyin qorunması üçün məsuliyyətli siyasətin vacibliyini qeyd edib.

Boçorişvili bəyan edib ki, suveren dövlətlər arasındakı münasibətlər Brüsseldən diktə edilməməlidir. O, hər iki ölkənin öz suveren hüquqlarını qorumaqda qərarlı olduğunu bildirib.
Tərəflər sağlam gələcək üçün ənənəvi və mühafizəkar dəyərlərin qorunması məsələsində həmrəy olduqlarını diqqətə çatdırıblar.

Maka Boçorişvili Gürcüstanın Avropa istiqamətindəki hədəflərinə verdiyi daimi dəstəyə görə Macarıstana təşəkkür edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31