Rusiya-Ermənistan münasibətlərində AES gündəmin əsas mövzularından biri – ÖZƏL

Atom Elektrik Stansiyasının (AES) tikintisi mövzusu Moskva ilə İrəvan arasında münasibətlərin gündəmində mühüm yer tutur və müxtəlif səviyyələrdə mütəmadi olaraq müzakirə olunur. 

Olaylar.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinə istinadən məlumat yayıb.

Qaluzinin sözlərinə görə, "Rosatom" Ermənistan tərəfinin istəkləri nəzərə alınmaqla layihənin icrasına ən qısa müddətdə başlamağa hazırdır. O bildirib ki, etibarlı və artıq sınaqdan çıxmış texnologiyaların mövcudluğu, eləcə də maliyyə parametrlərinin cəlbediciliyi baxımından - tikinti, sonrakı istismar, mütəxəssislərin hazırlanması və yenidən hazırlanması da daxil olmaqla - real alternativlər görünmür.

Nəşr xatırladır ki, fevralın 6-da "Rosatom"un baş direktoru Aleksey Lixaçov Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla görüşüb. Həmçinin 2025-ci ilin sentyabrında Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada keçirilən Dünya Atom Həftəsində iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31