Epşteyn qalmaqalı böyüyür – Lavrovdan sərt ittiham
19:06 DünyaABŞ-li maliyyəçi Cefri Epşteynlə bağlı istintaq materialları Qərb elitalarının mahiyyəti barədə ciddi suallar yaradıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov NTV telekanalına verdiyi müsahibədə bu işin Qərbdəki müəyyən dairələrin açıq-aşkar mənəvi aşınmasını üzə çıxardığını bildirib.
Olaylar.az xəbər verir ki, Lavrovun sözlərinə görə, ortaya çıxan faktlar "kollektiv Qərb" anlayışı altında birləşdirilən siyasi və maliyyə elitalarının əsl simasını göstərir. Nazir baş verənləri insan düşüncəsinin belə qəbul etməkdə çətinlik çəkdiyi, ifrat və qorxulu meyillərlə səciyyələnən proseslər kimi dəyərləndirib.
Xatırladılır ki, bundan əvvəl irlandiyalı iqtisadçı Filip Pilkinqton Böyük Britaniyanın Rusiyanı Epşteyn işi ilə əlaqələndirmək cəhdlərinin nəticəsiz qaldığını qeyd etmişdi. Onun fikrincə, bu iddialar real faktlara əsaslanmayıb.
Eyni zamanda britaniyalı siyasətçi Corc Qellouey RT telekanalına açıqlamasında Epşteynin guya Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri barədə yayılan məlumatların saxta olduğunu bildirib. Qellouey bu cür iddiaları Atlantik okeanının hər iki tərəfindəki elitaların düşdüyü çıxılmaz vəziyyətin göstəricisi kimi qiymətləndirib.