Makron ABŞ-ı Epşteyn işini sona çatdırmağa çağırdı - ÖZƏL
18:35 DünyaBFMTV xəbər verir ki, pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərin açıqlanmasına münasibət bildirən Fransa Prezidenti Emmanuel Makron ABŞ ədliyyə sisteminin müstəqil hərəkət etməli və istintaqı başa çatdırmalı olduğunu bildirib.
Olaylar xəbər verir ki, Fransa liderinin adı ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilən onlarla materialda 200 dəfədən çox çəkilir.
Sənədlər arasında Epşteynin şəxsi yazışmaları, eləcə də Makron haqqında elektron poçtlar var.
Onlardan birində milyarder iddia edirdi ki, Fransa prezidenti guya ondan müxtəlif mövzularda qeyri-ənənəvi və düşünülmüş ideyalar istəyib.
Makron "Wine Paris" şərab sərgisinin açılışından sonra jurnalistlərə açıqlamasında bildirib ki, "Bu işdə həqiqət üzə çıxmalıdır. Və ədalət sistemi öz işini... müstəqil və sakit şəkildə görməlidir".
Daha əvvəl bildirilmişdi ki, Makronun adı Amerika hakimiyyəti tərəfindən dərc edilmiş Epşteyn işi materiallarında 200-dən çox dəfə rast gəlinir.
Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot da Fransa prezidentinin amerikalı maliyyəçi ilə mümkün əlaqələri ilə bağlı rəsmi araşdırmanın aparılmamasından qəzəbləndiyini bildirib.
İbrahim Məmmədli