İtkin düşən hərbçilərin valideynləri parlament qarşısında: Hesabat tələb olunur – ÖZƏL
14:50 Dünya44 günlük müharibədə itkin düşmüş hərbçilərin yaxınları Ermənistan Milli Assambleyasının qəbul otağı qarşısında etiraz aksiyası keçirir.
Olaylar.az-ın məlumatına görə, "News.am" saytının müxbiri xəbər verir ki, valideynlər 2025-ci ilin dekabrında parlamentin spikeri Alen Simonyana rəsmi məktub ünvanladıqlarını bildirirlər. Məktubda 44 günlük müharibənin hallarını araşdıran istintaq komissiyasının yekun hesabatı ilə tanış olmaq istəyi ifadə olunub. Lakin aradan iki ay keçməsinə baxmayaraq, rəsmi qurumlardan heç bir cavab gəlməyib.
Aksiya iştirakçılarından biri vəziyyəti belə izah edib: "Bura Alen Simonyanın məktubumuza niyə cavab vermədiyini anlamaq üçün gəlmişik. Hesabatın nəticələri bizə təqdim olunacaq, ya yox? Biz doğmalarımızın hansı şəraitdə həlak olduqlarını və ya itkin düşdüklərini bilmək istəyirik."