Epşteynin DNT-si üzə çıxdı: Görün hansı millətdən imiş – FOTO

 

"Pedofiliya və insan alverində ittiham ediləcək həbs olunan, 2019-cu ildə kamerasında ölü tapılan amerikalı milyarder Cefri Epşteynin DNT nəticəsi açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Genetik tədqiqatçı, DNT layihə admini Orxan Xansuvarın paylaşımında qeyd olunur.

Tədqiqatçının sözlərinə görə, Epşteyn autosomal səviyyədə yəhudi olsa da, ata xətti ilə heç bir Şərq xalqı, xüsusən ərəb və yəhudi xalqları, eyni zamanda semitlərlə bağlılığı yoxdur:

"Belə ki, rəsmi DNT layihələrinə əsasən Epşteynin Y DNT haploqrupu R1b haploqrupunun U152 altındakı BY174818 subkladıdır. Bu subklad əsasən Proto-İtalik qol sayılır və Orta Avropa xəttidir. Əsasən Çexiyada geniş yayılıb. Təxmini olaraq, Epşteynin ulu babalarının 700-800 il öncə Çexiyada yəhudiləşən Avropalı olması məsələsini təsdiqləyir. Bu da göstərir ki, Epşteynin ata nəsli avropalıdır, lakin autosomal baxımından yəhudidir".

WhatsApp Image 2026 02 09 at 13.24.13 630267728 1719600255667634 221513182028490298 n 627725737 1719600219000971 1532720339866963864 n 629356891 1719600232334303 1513793736722687277 n

 

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31