İrandan yeni regional təşəbbüs: Avrasiya Azad İqtisadi Zonaları Birliyi yaradılır – ÖZƏL

İran Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin Azad İqtisadi Zonaları (AİZ) arasında əməkdaşlığı gücləndirmək üçün xüsusi təşkilatın yaradılması təklifi ilə çıxış edib. 

Olaylar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin iqtisadi koordinasiya departamentinin baş direktoru Məhəmməd Rza Nazeri məlumat verib.

Məqsəd region iqtisadiyyatlarının daha sıx birləşməsi və ticarət güzəştlərindən maksimum yararlanmaq, azad zonalarda gömrük rüsumlarının minimuma endirilməsi vasitəsilə biznes xərclərini aşağı salmaq, xarici investorlar üçün 5 ildən 10 ilə qədər vergi tətilləri, kapitalın qorunması və mənfəətin sərbəst çıxarılması kimi stimulların təmin edilməsidir.

İran tərəfi hesab edir ki, bu ixtisaslaşmış təşkilat üzv ölkələrin iqtisadi potensialını artırmaqla yanaşı, regionun qlobal ticarət zəncirindəki mövqeyini də möhkəmləndirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31