Lavrovdan Vaşinqtona ittiham: "Tramp dövründə də təzyiqlər davam edir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskva və Vaşinqton arasındakı münasibətləri kəskin tənqid edərək, Tramp administrasiyasının praktikada təzyiq siyasətindən əl çəkmədiyini bildirib. 

Lavrov qeyd edib ki, Rusiya sülh təkliflərinə razılıq versə də, ABŞ tərəfindən qarşılıqlı faydalı əməkdaşlığa keçid müşahidə olunmur. ABŞ-nin qlobal enerji marşrutlarını nəzarətə almağa çalışdığını deyən nazir, Vaşinqtonun tərəfdaş ölkələrə (Hindistan və Avropa) ucuz Rusiya enerjisi əvəzinə baha Amerika qazını məcburi satdığını vurğulayıb.

Lavrov 14024 saylı icra sərəncamının (sanksiyalar və aktivlərin dondurulması) qüvvədə qalmasını "Bayden irsi" adlandırıb. O, Putin və Trampın Ankoric görüşündən cəmi iki həftə sonra "Lukoyl" və "Rosneft"ə qarşı sanksiyaların tətbiq olunmasını buna nümunə göstərib.

Rusiya bu təzyiqlərdən qorunmaq üçün maliyyə və logistika layihələrini BRİKS çərçivəsində inkişaf etdirməyə üstünlük verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31