Vensin kritik səfəri: Vaşinqtonun Cənubi Qafqazda "İran səddi" strategiyası – ÖZƏL
12:22 DünyaABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin fevralın 9-da Bakı və İrəvana gözlənilən səfəri regionun təhlükəsizlik arxitekturasında yeni mərhələ kimi qiymətləndirilir.
Olaylar.az xəbər verir ki, "Associated Press"in məlumatına görə, səfərin əsas məqsədi ötən il Ağ Evin vasitəçiliyi ilə əldə olunmuş sülh razılaşmasına dəstəyi təsdiqləməkdir.
Dövlət Departamentinin keçmiş rəsmisi Pol Qobl bildirir ki, səfərin vaxtını ABŞ-dəki daxili seçkilərdən çox, İran ətrafında artan gərginlik müəyyən edir. Ekspertin fikrincə, Vaşinqton İrana qarşı mümkün eskalasiyanın Cənubi Qafqaza sıçramaması üçün Bakı və İrəvanın mövqeyini sabitləşdirməyə çalışır. Həm Azərbaycan, həm də Ermənistanın Rusiyadan məsafə saxlaması Vaşinqton üçün regionun önəmini artırıb. 2025-ci ilin avqustunda Trampın vasitəçiliyi ilə imzalanan razılaşmanın pozulmaması üçün Vens tərəflərə "təhlükəsizlik zəmanəti" və dəstək mesajı verəcək. Səfər həm də ABŞ-dəki erməni seçicilərin rəğbətini qazanmaq və Vensin siyasi ambisiyaları üçün xal toplamaq məqsədi daşıyır.
Analitiklər hesab edir ki, bu səfər sadəcə protokol deyil, ABŞ-nin regional qeyri-müəyyənlik dövründə Cənubi Qafqazda sabitliyi və öz təsirini qorumaq strategiyasının mühüm elementidir.