FBI Epşteynlə bağlı genişmiqyaslı araşdırma apardı – İnanılmaz nəticə
12:06 Dünya"ABŞ Federal Təhqiqat Bürosu (FBI) pedofillikdə ittiham edilən Ceffri Epşteynlə bağlı materialların təhlilini başa çatdırıb və gözlənilməz nəticəyə gəlib. FBI-ın gəldiyi qənaətə görə, Epşteyn nüfuzlu şəxslər üçün azyaşlıların cinsi xidmətlərini təşkil edən şəbəkəni idarə etməyib".
Globalinfo.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Bildirilib ki, FBI genişmiqyaslı istintaq aparıb:
"Epşteynin bank köçürmələri və yazışmaları yoxlanılıb, onun rezidensiyaları axtarılıb, qurbanlar dindirilib və dünya elitası ilə əlaqələri araşdırılıb. Agentlər Epşteynin azyaşlı qızlara seksual zorakılıqlarını təsdiqləsələr də, fahişəlik şəbəkəsini təşkil etdiyinə dair kifayət qədər sübut tapmayıblar.
Maliyyəçiyə aid ödənişlərdə cinayət fəaliyyətinə dair izlər aşkar edilməyib. Bir çox qurban bildirib ki, zorakılığı Epşteyn yox, digər şəxslər həyata keçirib. Bəzi qızların ifadələrində onun və tərəfdaşı Qisleyn Maksvell (sonradan 20 il həbs cəzası alıb) ilə əlaqələrinin dərəcəsi barədə dəqiq məlumatlar yox idi. Qızlar digər kişilərlə cinsi əlaqəyə girmələri üçün birbaşa əmr almalarını inkar ediblər.
FBI sənədlərində qeyd olunub ki, bu şəxslərə federal səviyyədə ittiham irəli sürmək üçün kifayət qədər sübut yoxdur, buna görə işlər yerli hüquq-mühafizə orqanlarına göndərilib".