Generalı güllələyən Korbanı hansı ölkə göndərib? – Yeni təfərrüatlar

Rusiyanın QRU kimi tanınan Baş Kəşfiyyat İdarəsində ikinci şəxs sayılan general Vladimir Alekssevə sui-qəsd təşkil edən şəxslə bağlı təfərrüatlar bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Bildirilib ki, generala atəş açan Lyubomir Korba 2025-ci ilin avqust ayında Polşa kəşfiyyat xidmətlərinin köməyi ilə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən işə götürülüb:

"Korba Kiyevdəki atış poliqonunda atıcılıq təlimi keçib, poliqrafiya testindən keçib və "Zoom" vasitəsilə gizli rabitə üçün təlimatlar alıb. Daha sonra o, Kiyev-Kişinyov-Tbilisi-Moskva marşrutu ilə Rusiyaya göndərilib. Korba Moskva bölgəsindəki anbardan Ukrayna kəşfiyyat xidmətləri tərəfindən qoyulmuş tapançanı götürüb".

Məlumata görə, cinayətkarın oğlu, 1998-ci il təvəllüdlü və Katovitse sakini olan Polşa vətəndaşı Luboş Korba əlaqələrin qurulmasına və əməkdaşlığın asanlaşdırılmasına kömək edib.

Qeyd edək ki, fevralın 8-də FSB əməkdaşları BƏƏ hakimiyyət orqanlarının köməyi ilə Korbanı Rusiyaya təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31