Gürcüstan regionun tranzit mərkəzinə çevrilir: Yeni yollar tikilir – ÖZƏL

Gürcüstan 2030-cu ilə qədər Azərbaycan, Ermənistan və Türkiyə sərhədlərinə aparan strateji yol infrastrukturunun tikintisini yekunlaşdırmağı planlaşdırır. 

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze bəyanat verib. Ermənistan istiqamətində Algeti-Sadaxlı yol hissəsinin inşası ilə "Sadaxlı-Baqrataşen" keçid məntəqəsinə gediş-gəliş asanlaşacaq. Modernizasiyaya 22 milyon dollardan çox vəsait ayrılıb. Rustavi-"Qırmızı Körpü" hissəsinin tikintisi tam başa çatdırılacaq. Türkiyə istiqamətində Batumi-Sarpi magistralı inşa ediləcək.

Kobaxidze qeyd edib ki, Gürcüstanın Çin, Türkiyə və Aİ ilə azad ticarət sazişləri fonunda tranzit imkanlarının genişləndirilməsi iqtisadiyyat üçün həyati əhəmiyyət kəsb edir. Hazırda Asiya və Avropanı birləşdirən "Şərq-Qərb" və Rusiya istiqamətinə uzanan "Şimal-Cənub" magistrallarının tikintisinə irihəcmli investisiyalar yatırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31