Maskdan Epşteynlə bağlı diqqətçəkən paylaşım: “Onlara pul verəcəm”
9 Fevral 11:21 DünyaAmerikalı sahibkar və milyarder İlon Maskın "Epşteyn işi" ilə bağlı paylaşımı diqqət çəkib.Globalinfo.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkə hesabında fikrini bölüşüb."Ceffri Epşteynin işi ilə bağlı həqiqəti deyən, məsuliyyət daşıyan hər kəsin müdafiəsi üçün pul ödəyəcəyəm".Bundan əvvəl o qeyd etmişdi ki, Epşteynin sənədlərinin tam açıqlanması üçün ciddi mübarizə aparıb."Heç vaxt Epşteynin adasına getməsəm də, bilirdim ki, məni də amansızcasına ləkələyəcəklər", - deyə o vurğulamışdı.Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi "Epşteyn işi" ilə bağlı 3 milyon səhifədən çox material yayımlayıb. Faylda maliyyəçinin cihazlarında tapılan böyük həcmdə kommersiya pornoqrafiyası da daxil olmaqla 2000-dən çox video və 180.000 şəkil var.Xatırladaq ki, Epşteyn 2002-2005-ci illər arasında onlarla yetkinlik yaşına çatmayan qızı Nyu-Yorkdakı evinə və şəxsi adasına gətirməkdə ittiham olunurdu. Müstəntiqlərin sözlərinə görə, ən kiçiyi 14 yaşında idi. 2019-cu ilin avqust ayında maliyyəçi həbsxana kamerasında huşsuz vəziyyətdə tapıldı, onun intihar etdiyi ortaya çıxdı.