İsrail İrana qarşı təkbaşına zərbə ehtimalını istisna etmir – ÖZƏL
10:46 DünyaOlaylar.az xəbər verir ki, Jerusalem Post qəzetinin məlumatına görə, İsrail ABŞ-yə bildirib ki, əgər İran ballistik raketlərlə bağlı müəyyən edilən "qırmızı xətti" keçərsə, Təl-Əviv təkbaşına hərbi zərbə endirə bilər.
Mənbələrin sözlərinə görə, İsrail tərəfi Vaşinqtona İranın ballistik raket proqramını ölkənin mövcudluğuna birbaşa təhdid kimi qiymətləndirdiyini çatdırıb və bu təhlükənin aradan qaldırılması üçün planlar təqdim edib. Son həftələr yüksək səviyyəli görüşlərdə İranın raket potensialının və istehsal infrastrukturunun məhv edilməsi niyyəti müzakirə olunub.
İsrail rəsmiləri ABŞ prezidenti Donald Trampın Yəməndə husilərə qarşı həyata keçirilən əməliyyatlara bənzər, məhdud zərbə modelini seçə biləcəyindən narahatdır. İsrailli hərbi rəsmiyə görə, belə addımlar əsas təhlükəni aradan qaldırmır və nəticələrin yükü İsrailin üzərinə qalır.