Güllələnən generalla bağlı Ukraynadan AÇIQLAMA
13:48 DünyaKiyev Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin birinci müavini Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdində iştirak etməyib.
Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
"Kiyevin bu hücumla heç bir əlaqəsi yoxdur", - deyə Sibiqa vurğulayıb.
Qeyd edək ki, fevralın 6-da Moskva şəhərində naməlum şəxs general-leytenant Vladimir Alekseyevə bir neçə dəfə atəş açıb.
Rusiya KİV-lərinin məlumatına görə, Volokolamsk şossesində yerləşən yaşayış binasının girişində generala sui-qəsd edən qadın killer olub.
"Mash" nəşrinin məlumatına görə, killer səhər saat 7-də Alekseyevi yaşadığı binanın lift meydançasında arxadan güllələyib. İlkin versiyaya görə, killer sonuncu "nəzarət atəşini" həyata keçirə bilməyib.