Güllələnən rus generalı komadan AYILDI - Sui-qəsdlə bağlı ŞOK DETAL

Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi (QRU) rəisinin birinci müavini Vladimir Alekseyev komadan ayılıb və artıq danışa bilir.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, o, daha əvvəl əməliyyat olunub və komada saxlanılırdı.

Məlumatlara əsasən, general-leytenant Alekseyevə atəş açan şəxs saxlanılıb.

İddia olunur ki, o, sui-qəsddən sonra xaricə qaçmağa nail olub və hazırda Dubaydan köməkçisi ilə birlikdə gətirilir.

Xatırladaq ki, fevralın 6-da Moskvada naməlum şəxs Vladimir Alekseyevə bir neçə dəfə atəş açıb. Rusiya mediasının yazdığına görə, general kürəyindən güllələnib, hücum edən şəxs isə hadisə yerindən qaçıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31