BMT-nin baş katibi ABŞ ilə İran arasında danışıqların bərpa olunmasını alqışladı

BMT-nin baş katibi Antonio Quterreş Tehran və Vaşinqton arasında davam edən dialoqu dəstəklədiyini bildirib.

Bu barədə Baş katibin ofisinin rəsmi açıqlamasında bildirilib.

"Baş katib İran İslam Respublikası ilə ABŞ arasında bu gün yenidən başlayan danışıqları alqışlayır və ümid edir ki, bu danışıqlar regional gərginliyin azaldılmasına və daha geniş böhranın qarşısının alınmasına kömək edəcək", - deyə bildirilib.

Qeyd edilib ki, bütün narahatlıqlar sülh yolu ilə həll edilə bilər və edilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31