Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar mərhələsində daha 43 tankeri qara siyahıya salacaq - ÖZƏL
18:49 DünyaAvropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı Rusiya əleyhinə sanksiyaların 20-ci paketinin bir hissəsi olaraq daha 43 tankeri qara siyahıya salmağı planlaşdırır.
Olaylar xəbər verir ki, Aİ mətbuat xidmətinin dərc etdiyi açıqlamada deyilir: "Siyahıya daha 43 gəmi əlavə edirik və bununla da ümumi sayı 640-a çatdırırıq".
Avropanın Rusiyaya qarşı 20-ci sanksiya paketinə Rusiya neft daşımalarına xidmətin tamamilə qadağan edilməsi və ölkədəki daha 20 regional bankın qara siyahıya salınması da daxildir.
Yanvar ayının sonunda Bloomberg agentliyi Avropa Birliyinin Rusiya neftinin qiymətinə qoyulan məhdudiyyətdən imtina etmək və bunun əvəzinə dəniz nəqliyyatı xidmətlərinə tamamilə qadağa qoymaq niyyətində olduğunu bildirmişdi.