ABŞ-dən Rusiya xəbərdarlığı: Yeni sanksiyalar danışıqlardan asılıdır – ÖZƏL

ABŞ-nin maliyyə naziri Skott Bessent bəyan edib ki, Rusiyaya qarşı tətbiq olunacaq növbəti sanksiyalar Ukraynadakı müharibənin dayandırılması ilə bağlı aparılan sülh danışıqlarının gedişatından asılı olacaq.

Olaylar.az xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, nazir Bessent hazırda Rusiyanın "kölgə donanmasına" qarşı yeni məhdudiyyətlərin nəzərdən keçirildiyini bildirib. O, Bank Komitəsində keçirilən dinləmələrdə vurğulayıb: "Mən bunu nəzərdən keçirirəm. Görək sülh danışıqları hara aparıb çıxaracaq".

Nazirin sözlərinə görə, ABŞ-nin yeni administrasiyasının Rusiyanın "Rosneft" və "Lukoyl" neft şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar Moskvanın danışıqlar masasına qayıtmasına kömək edib.

Bessent prezident Donald Trampın kürəkəni Cared Kuşnerin danışıqlarda xüsusi nümayəndə və vasitəçi kimi iştirak etdiyini təsdiqləyib.
Demokrat senator Endi Kim isə Trampın rəsmi vəzifə tutmayan ailə üzvlərinin bu proseslərə cəlb olunmasının "maraqlar toqquşmasına" səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31