İsrail rəhbərliyi ABŞ-İran danışıqları ilə bağlı fikir ayrılığı yaşayır- ÖZƏL
13:46 Dünyaİsrailin hərbi-siyasi rəhbərliyi ABŞ və İran arasında mümkün danışıqların perspektivləri ilə bağlı fikir ayrılığı ilə üzləşib. Ölkə rəhbərliyinin bu məsələdə vahid mövqeyi yoxdur. Olaylar.az xəbər verir ki, bu barədə Al-Monitor portalı İsrail hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
İsrail rəhbərliyi ümumilikdə razılaşıb ki, hazırda Vaşinqton üzərində İranla danışıqlar məsələsində təsir imkanları məhduddur. Lakin hərbi kabinetin bir hissəsi danışıqlar prosesini prinsipcə pozmaq tərəfdarıdır, çünki onların fikrincə, İranla nüvə proqramı və ümumi təhlükəsizlik mövzularında razılaşma mümkün deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31