Dəhşətli cinayətlərə şahidlik edən həmin ada - Videonu özü çəkib

 

 

Milyarder Ceffri Epşteynin 1990-cı illərə aid ada videosu yayılıb.

Video Epşteynin özü tərəfindən çəkilib.

Belə ki, videoda ada inşa olunmamış vəziyyətdə görünür, tikinti işləri, Epşteynin evi, adanın ətrafında uçan helikopter və onun tərk edilmiş bir tuneldən keçməsi əks olunub.

Qeyd edək ki, videonun 1990-cı illərin sonu və ya 2000-ci illərin əvvəllərinə aid olduğu bildirilir.

Əlavə edək ki, Epşteynin adası ABŞ-nin Vircin adalarında yerləşir, "Little Saint James" və "Great Saint James" adalarından ibarətdir. "Little Saint James" 1998-2019-cu illərdə Epşteynin mülkiyyətində olub. Yerli əhali arasında adaya "Epşteyn adası", "Günah adası" və "Pedofil adası" kimi adlar verilib.

Epşteyn adada siyasətçilər və iş adamları da daxil olmaqla, çoxsaylı qonaqları qəbul edib.

Xatırladaq ki, C.Epşteyn ABŞ Ədliyyə Departamentinin cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və 2019-cu ildə həbsxanada ölü tapılmışdı. Bir neçə gün əvvəl isə Ədliyyə Departamenti "Epşteyn işi" ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb./Qafqazinfo.az/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31