Qardaş ölkədə ƏMƏLİYYAT - Mossada işləyən türklər saxlandı
12:36 DünyaTürkiyədə İsrailin xüsusi xidmət orqanı Mossadla əlaqəli olduqları iddia edilən iki nəfər saxlanılıb.
Musavat.com xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı "Monitum" adlı əməliyyat çərçivəsində Mehmet Budak Derya və Veysel Kerimoğlunu şübhəli şəxs qismində həbs edib.
Məlumata görə, Mehmet Budak Derya 2013-cü ildən etibarən mərmər ticarəti adı altında İsrail kəşfiyyatı ilə əlaqələr qurub və bu əlaqələr çərçivəsində müxtəlif ölkələrdə gizli görüşlər keçirib.
İstintaq materiallarında qeyd olunur ki, Derya daha sonra Veysel Kerimoğlunu da bu fəaliyyətə cəlb edib və əldə olunan məlumatlar mütəmadi şəkildə İsrail tərəfinə ötürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31