Bank və dövlət sektorlarına qarşı yönəlmiş fişinq cəhdi ilə bağlı araşdırma aparılıb
12:33 DünyaRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) əməkdaşlarının bank və dövlət sektorlarına qarşı yönəlmiş fişinq cəhdi ilə bağlı aparılmış tədqiqatın nəticələri açıqlanıb.
Trend xəbər verir ki, bu barədə ETX məlumat yayıb.
Bildirilib ki, hesabat 04.02.2026-cı il tarixində Elektron Təhlükəsizlik Xidmətinin (bundan sonra - Xidmət) əməkdaşlarının bank və dövlət sektorlarına qarşı yönəlmiş fişinq cəhdi ilə bağlı aparılmış tədqiqatın nəticələrini ehtiva edir.
Bildirilib ki, xidmətin əməkdaşları aşkarlanmış zərərli proqram təminatı üzərində tərsinə mühəndislik (proqramın davranışını anlamaq və onun komponentlərini müəyyən etmək məqsədilə aparılan təhlil) əməliyyatları həyata keçirib, nəticədə əlavə indikatorlar ("loc") muəyyən edib.
Qeyd edilib ki, hücum cəhdində "Microsoft Excel" faylına yerləşdirilmiş "loader" tipli (zərərli proqram təminatının hədəf kompüter sisteminə yüklənilməsi üçün istifadə olunan) şifrələnmiş skript və şəkil faylına steqanoqrafiya (faylın içərisinə gizli məlumatların yerləşdirilməsi) vasitəsilə əlavə olunan "Remcos" adlı zərərli proqram təminatları istifadə edilib.